Minsk Qrupu həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı bəyanat yayıb

Minsk Qrupu həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı bəyanat yayıb Bəyanatda bildirilir ki, təmas xəttində itkilərə gətirib çıxaran atəşkəs pozuntusu müşahidə olunub
Qarabağ
1050
26 Fevral , 2017 18:07
Minsk Qrupu həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı bəyanat yayıb

Bakı. 26 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar.

"Report"un məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan müdafiə nazirliklərinin, eləcə də digər mənbələrdən məlumatına əsasən, fevralın 25-də təmas xəttində, itkilərə gətirib çıxaran ciddi atəşkəs pozuntusu müşahidə olunub.

Həmsədrlər münaqişə tərəflərini ağır silahlardan istifadə etməkdən çəkinməyə və onları əvvəlki mövqelərinə doğru geri qaytarmağa, eləcə də həlak olanların cəsədlərini ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə bir gün əvvəl razılaşdırılmış şəkildə qaytarmağa çağırıblar.

Həmsədrlər həmçinin tərəflərə zorakılıqların istifadəsindən çəkinməklə bağlı öhdəlikləri xatırladıblar.

Son xəbərlər

Orphus sistemi