Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunu üzrə bəyanat yayıb

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunu üzrə bəyanat yayıb Vasitəçilər iki ölkənin prezidentinin görüşünün təşkilinə yardımlarını təklif ediblər
Qarabağ
127
12 İyul , 2017 11:59
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yekunu üzrə bəyanat yayıb

Bakı. 12 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə baş tutan görüşünün yekunu üzrə bəyanat yayıb.

"Report" bəyanatın mətninə istinadən xəbər verir ki, görüşün yekununda nazirlər həmsədrlərin bu il yüksək səviyyədə görüş təşkil etmək təklifini prezidentlərinə çatdırmaqla bağlı razılığa gəliblər.

Öz növbəsində, vasitəçilər iki ölkənin prezidentinin görüşünün təşkilinə yardımlarını təklif ediblər.

İyulun 11-də baş tutan görüşdə həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunub.

Nazirlər və həmsədrlər sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən bir araya gəlməyi qərara alıblar.

Son xəbərlər

Orphus sistemi