ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın əvvəllərində təşkilatın Vyanadakı Daimi Şurasında çıxış edəcəklər.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada keçirilən danışıqlardan sonra bildirib.
Bu çıxışlar zamanı daha əlverişli ab-havanın yaranması üçün vəziyyətdən yararlanmağın vacib olduğunu qeyd edən rusiyalı nazir münaqişə tərəfləri arasında mövqeləri yaxınlaşdırmaq və güzəştlərə razılaşmaları üçün həmsədrlər tərəfindən səylərin davam edilməsinin də zərurətini diqqətə çatdırıb.
Xatırladaq ki, regiona səfərlərinin yekununda həmsədrlər