Milli Məclis sədrinin I müavini: "Biz daha Ermənistanın şıltaqlığına dözməyəcəyik"

Milli Məclis sədrinin I müavini: "Biz daha Ermənistanın şıltaqlığına dözməyəcəyik" " Ermənistan dövlət deyil, o, sadəcə siyasi qurumdur"
Qarabağ
217
26 Fevral , 2015 11:06
Milli Məclis sədrinin I müavini: Biz daha Ermənistanın şıltaqlığına dözməyəcəyik

Bakı. 26 fevral. REPORT.AZ/ “Biz Ermənistan prezidentinə deyirik ki, işğal etdiyiniz əraziləri qaytarın. Onun isə çıxışları imitasiya xarakterlidir”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, Ermənistan dövlət deyil, o, sadəcə siyasi qurumdur: “Ermənilər acınacaqlı durumdadır. Atəşkəsi hər gün ona görə pozurlar ki, daxili problemlərini ört-basdır etsinlər. Bu da uzun müddət davam edə bilməz. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, regionda sülhün tərəfdarıdır. Lakin biz daha Ermənistanın şıltaqlığına dözməyəcəyik. Çünki şəhidlərin ruhu bizi bağışlamaz”.

Z.Əsgərov əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də tanıyır: “Vasitəçilər bizə deyir ki, razılığa gəlin, məsələ həll olunsun. Razılıq olmursa, vasitəçilər nə üçün lazımdır?! Belə olan halda onlar Azərbaycana turist səfərləri edirlər”.

Son xəbərlər

Orphus sistemi