​Metyu Brayza: "AŞPA məruzəçisinin Qarabağa səfərinə imtina edilməsi qəribə görünür"

​Metyu Brayza: "AŞPA məruzəçisinin Qarabağa səfərinə imtina edilməsi qəribə görünür" "Təcrübəmə əsasən deyə bilərəm ki, bu, çox qeyri-adidir"
Qarabağ
9 Oktyabr , 2015 02:34
​Metyu Brayza: AŞPA məruzəçisinin Qarabağa səfərinə imtina edilməsi qəribə görünür

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda qurulmuş separatçı rejimin Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Robert Volterin bölgəyə səfərinə rədd cavabı verməsini şərh edib.

"Report" xəbər verir ki, bu barədə o "Vestnik Kavkaza" müsahibəsində danışıb.

"Təcrübəmə əsasən deyə bilərəm ki, işğal altında olan Dağlıq Qarabağı idarə edən qüvvələrin Robert Volter kimi dünyaca məşhur insanın regiona səfərinə icazə verməməsi olduqca qeyri-adidir. Bundan əlavə, belə bir mütəxəssisin məruzəsini eşitmək bütün tərəflərin marağındadır", - deyə Metyu Brayza bildirib.

Son xəbərlər

Orphus sistemi