“Azərbaycan Prezidentinin məsələlərə hərtərəfli yanaşması məni heyran etdi”

“Azərbaycan Prezidentinin məsələlərə hərtərəfli yanaşması məni heyran etdi” “Azərbaycan Prezidenti İlham Əliyevin zehni kəskinliyi və məsələlərə hərtərəfli yanaşması məni heyran etdi”.
Qarabağ
115
29 Aprel , 2022 21:16
“Azərbaycan Prezidentinin məsələlərə hərtərəfli yanaşması məni heyran etdi”

“Azərbaycan Prezidenti İlham Əliyevin zehni kəskinliyi və məsələlərə hərtərəfli yanaşması məni heyran etdi”.

Bunu “Report”a açıqlamasında Cenevrə Universitetinin Rəhbərlik, Din və Dəyərlər Mərkəzinin direktoru Ventseslav Sabev deyib.

V.Sabevin sözlərinə görə, İlham Əliyev hadisələrin təkcə qısamüddətli inkişafını nəzərdən keçirmir, həm də təkcə Cənubi Qafqazda deyil, bütün Orta Asiyada dinc birgəyaşayışın təmin edilməsi üçün lazımi addımların müəyyən edilməsi məqsədilə keçmişə, indiyə və ən əsası gələcəyə nəzər salaraq, hadisələrə çoxtərəfli yanaşmağa çalışır.

“Biz, həmçinin Avropa və bütün dünya haqqında danışdıq. Ona görə də onun uzun illər üçün nəzərdə tutulmuş davamlı inkişafa qlobal yanaşması məni çox heyran etdi”, - V.Sabev bildirib.

Ekspertin fikrincə, regionda dinc, uzunmüddətli davamlı inkişaf üçün tərəflərin bir-birini dinləməsi lazımdır ki, bu da Prezident İlham Əliyevin mesajlarından biri olub.

“Azərbaycan Prezidenti və ölkənizin xarici işlər naziri ilə görüşlərdən sonra belə davamlı inkişafın mümkünlüyü ilə bağlı çox nikbinəm”, - o əlavə edib.

Mərkəz direktoru işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərindən danışaraq qeyd edib ki, Şuşaya səfəri gələcəkdə burada dinc birgəyaşayışın mümkünlüyünə ümid verib.

Onun sözlərinə görə, İsveçrənin nümayəndəsi kimi onun rolu vətəndaş cəmiyyəti, media, dini icmalar və s. səviyyələrdə tərəflərin dialoqunu maksimum dərəcədə stimullaşdırmaqdır: “Mədəni tədbirlər, konsertlər, turist mübadiləsi sayəsində Qarabağın cəlbedici turizm məkanına çevriləcəyinə inanıram”.

Son xəbərlər

Orphus sistemi