Meksikanın məşhur sənətçisi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib

Meksikanın məşhur sənətçisi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib Dünyada tanınmış meksikalı kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yayıb.
Qarabağ
3365
15 Oktyabr , 2020 02:16
Meksikanın məşhur sənətçisi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Sonia Amelio

Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yayıb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən xəbər verilib.

Qeyd edilir ki, o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Son xəbərlər

Orphus sistemi