Ermənilər itkiləri gizlədir, məhv edilən daha iki hərbçinin adı məlum oldu

Ermənilər itkiləri gizlədir, məhv edilən daha iki hərbçinin adı məlum oldu Ermənistanın daha iki hərbçisinin məhv edildiyi məlum olub.
Qarabağ
14 İyul , 2020 19:19
Ermənilər itkiləri gizlədir, məhv edilən daha iki hərbçinin adı məlum oldu

Ermənistanın daha iki hərbçisinin məhv edildiyi məlum olub.

"Report"un xəbərinə görə, bu barədə həmin ölkənin vətəndaşları sosial şəbəkələrdə məlumat paylaşıb.

Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.

Sosial şəbəkələrdə onlardan birinin - S.Qaytsakovun pasportunun fotosu da paylaşılıb.

Qeyd edək ki, Ermənistan indiyədək cəmi 4 hərbçisinin məhv edildiyini etiraf edib. Digər itkilər isə hələ ki, rəsmən açıqlanmır və gizlədilir.

Son xəbərlər

Orphus sistemi