Məhəmməd Vasim: "Ağdam büsbütün viran qoyulub"

Məhəmməd Vasim: "Ağdam büsbütün viran qoyulub" Erməni işğalı dəhşətli fəsadlar yaradıb, Ağdam büsbütün viranəyə çevrilib, şəhərdə bütün evlər dağıdılıb.
Qarabağ
16 fevral 2022 17:13
Məhəmməd Vasim: Ağdam büsbütün viran qoyulub

Erməni işğalı dəhşətli fəsadlar yaradıb, Ağdam büsbütün viranəyə çevrilib, şəhərdə bütün evlər dağıdılıb.

Bunu “Report”a 21 ölkədən Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən tanınmış səyahətçilər arasında olan əlcəzairli Məhəmməd Vasim Allahi bildirib.

“Doğrudan da bütün bunların bu dərəcədə olması dəhşətdir. Yolboyu ancaq viranələr gördük, bütün evlər dağıdılıb, - səyahətçi Azərbaycana ikinci dəfədir gəldiyini, amma azad olunmuş torpaqlara ilk dəfə qədəm basdığını dilə gətirib.

Xatırladaq ki, Azərbaycanın azad olunmuş ərazisinə tanınmış əcnəbi səyyahların bu gün başlayan səfəri çərçivəsində tarixi və mədəni abidələrlə, habelə erməni işğalçılarının törətdiyi dağıntılarla tanışlıq nəzərdə tutulur. Qonaqlar bölgədə aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olacaqlar.

Nümayəndə heyəti artıq Şuşa və Ağdama səfər edib.

Son xəbərlər

Orphus sistemi