Medvedev Sarqsyana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini verib

Medvedev Sarqsyana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini verib "Hazırda əsas sülhü qorumaq və danışıqlar masasına qayıtmaqdır"
Qarabağ
8 Aprel , 2016 00:03
Medvedev Sarqsyana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini verib

Bakı. 8 aprel. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarqsyana Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tədbirlərlə bağlı ən qısa vaxtlarda qəbul etməyin mümkün olduğu təkliflərini müzakirə etmək təklifi verib.

"Report" xəbər verir ki, o, bu bəyanatla Ermənistan prezidenti ilə söhbəti zamanı çıxış edib.

Görüşün əvvəlində prezident Sarqsyan Medvedevə Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər yaşanan hadisələrin necə inkişaf etdiyini danışıb və ümid etdiyini bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vəziyyətin nizamlanmasına vasitəçi dəstəyi göstərə biləcək. O, həmçinin Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının hökumətlərarası Şurasının İrəvanda keçirilməli olan iclasının cəbhədəki vəziyyət üzündən təxirə salınmasına görə təəssüfünü ifadə edib.

Cavabında Medvedev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları və sakit söhbətlərə alternativ yoxdur.

"Mənim hazırkı səfərim də bununla bağlıdır. Sizinlə ən yaxın gələcəkdə reallaşdırılması mümkün olan bəzi şeyləri müzakirə etmək istərdim", — deyə baş nazir bildirib.

Onun sözlərinə görə, hökumət üzvlərindən ibarət nümayəndə heyətinin rəsmi səfəri ən çətin vaxta düşüb, "lakin biz planlarımızı dəyişmədik".

"Biz hesab edirik ki, Ermənistanın tərəfdaşı olaraq məlumatı birinci əldən almaq, bunun əsasında nəyin baş verdiyini ayırd etmək və hadisələrin sakit ssenari üzrə inkişaf etməsi üçün bir tərəfdaş, müttəfiq və Minsk qrupunun iştirakçısı kimi bizdən asılı olan hər şeyi etmək borcumuzdur", — deyə Rusiyanın baş naziri erməni liderə cavabında bildirib.

O qeyd edib ki, Rusiya tərəfinin mövqeyi "hazırda ən əsası sülhü qorumaq, yumşaq desək ən yaxşı fon olmasa belə danışıqlar masasına dönməkdən" ibarətdir.

Son xəbərlər

Orphus sistemi