Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək"

Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək" Rusiya vasitəçilik missiyasını davam etdirmək niyyətindədir
Qarabağ
10 Mart , 2017 15:14
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək

Bakı. 10 mart. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ilə əməkdaşlıq çərçivəsində, həmçinin Rusiya, ABŞ və Fransa prezidentlərinin beş birgə bəyanatında göstərilən müddəalar əsasında vasitəçilik missiyasını davam etdirmək niyyətindədir".

"Report" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bu sənədlərdə problemin hərbi yolla həllinin yolverilməz olduğunu, Azərbaycan və Ermənistan prezidentlərinə məsələni güc tətbiq etmədən həll etmək çağırışı olduğunu xatırladıb.

"Paralel olaraq, Azərbaycan və Ermənistan ilə sıx əlaqələri nəzərə alaraq üçlüklə razılaşdırılmış yanaşmalar çərçivəsində Rusiyanın fərdi səyləri də davam etdiriləcək", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi