Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı

Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı “Malayziya BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla, münaqişənin həlli üçün beynəlxalq hüquqa əsaslanan bütün səyləri dəstəkləyir”
Qarabağ
30 Sentyabr , 2020 14:00
Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı

“Malayziya BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla, münaqişənin həlli üçün beynəlxalq hüquqa əsaslanan bütün səyləri dəstəkləyir”.

“Report” xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Malayziya sentyabrın 27-dən Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların bərpasından sonra təhlükəsizlik baxımından vəziyyətin gərginləşməsinə görə dərin narahatlığını bildirir. Malayziya hərbi əməliyyatlar nəticəsində həlak olan dinc sakinlərə görə dərin təəssüf hissi keçirir.

Malayziya beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycanın maksimum dərəcədə təmkinli olmaları və iki qonşu arasında gərginliyin azaltmaq üçün konkret addımlar atması çağırışlarını dəstəkləyir.

Malayziya maraqlı tərəfləri dialoq və diplomatiya yolu ilə münaqişənin sülh yolu ilə həllinə üstünlük verməyə davam etməyə çağırır”, - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi