Mahir Məmmədov: “Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması hər bir azərbaycanlının borcudur”

Mahir Məmmədov: “Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması hər bir azərbaycanlının borcudur” O bildirib ki, Xocalı soyqırımı müstəqil Azərbaycan dövləti tarixinin ən qanlı səhifəsidir
Qarabağ
478
26 Fevral , 2018 14:36
Mahir Məmmədov: “Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması hər bir azərbaycanlının borcudur”
Mahir Məmmədov

Tbilisi. 26 fevral. REPORT.AZ/ “Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil olunan aksiyada iştirak etmək, qan verib kimisə yaşatmaq çox xeyirxah bir əməldir. Hər bir insan vətəndaşlıq borcunu yerinə yetirməli və bu aksiyada iştirak etməlidir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunan qanvermə aksiyasında iştirak edən SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov deyib. 

O bildirib ki, Xocalı soyqırımı müstəqil Azərbaycan dövləti tarixinin ən qanlı səhifəsidir: "Hər bir azərbaycanlı, xüsusən də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız insanlığa qarşı cinayət hesab olunan Xocalı soyqırımı, eləcə də erməni faşistlərinin xalqımızın başına gətirdikləri digər vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır".

M.Məmmədov Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi qanvermə aksiyasını yüksək qiymətləndirib: "Buraya gələn hər bir şəxs-azərbaycanlı, gürcü, abxaz və başqa xalqların nümayəndələri həm Xocalı faciəsi barədə məlumat alırlar, həm də bizim humanistliyimizin şahidi olurlar”.

Son xəbərlər

Orphus sistemi