Litva Azərbaycan – Ermənistan sərhədindəki vəziyyətdən narahatlıq ifadə etdi

Litva Azərbaycan – Ermənistan sərhədindəki vəziyyətdən narahatlıq ifadə etdi Litva hökuməti Azərbaycan – Ermənistan sərhədində son bir neçə həftə ərzində yaranan vəziyyətdən dərin narahatlıq ifadə edib.
Qarabağ
27 May , 2021 17:03
Litva Azərbaycan – Ermənistan sərhədindəki vəziyyətdən narahatlıq ifadə etdi

Litva hökuməti Azərbaycan – Ermənistan sərhədində son bir neçə həftə ərzində yaranan vəziyyətdən dərin narahatlıq ifadə edib.

“Report” xəbər verir ki, bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyi açıqlama verib.

Açıqlamada hər iki tərəfə gərginliyi azaltmaqla bağlı çağırış edilərək sərhədlərin delimitasiya və demarkasiyasına dair razılaşmanın yalnız dinc danışıqlar yolu ilə əldə ediləcəyi bildirilir: “Biz vəziyyəti diqqətlə izləyirik. Hesab edirik ki, gərginliyin səngiməsi istiqamətində addımlar Azərbaycanla Ermənistan arasındakı münaqişənin dinc yolla həllinə, qarşılıqlı etimadın artmasına gətirib çıxaracaq”.

Son xəbərlər

Orphus sistemi