Leyla Abdullayeva: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir"

Leyla Abdullayeva: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir" Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.
Qarabağ
25 Fevral , 2019 16:13
Leyla Abdullayeva: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.

“Report” xəbər verir ki, bunu brifinq zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.

“Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir”, - deyən L.Abdullayeva bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu qeyd edib.

“Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb", - XİN sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi