Lənkəranda şəhidlərin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib

Lənkəranda şəhidlərin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib Lənkəranda Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Qarabağ
18 Mart , 2022 21:19
Lənkəranda şəhidlərin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib

Lənkəranda Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

“Report”un xəbərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canını, qanını əsirgəməyən igid və qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr edilib.

Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xatirə abidə kompleksini ziyarət edərək əbədi məşəlin önünə təzə tər-çiçəklər düzüblər. Şəhidlərin ruhlarına dular oxunub, xatirələri ehtiramla yad edilib.

İcra başçısı Taleh Qaraşov tədbiri açaraq iştirakçıları salamlayıb, onları Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.

Qeyd edək ki, icra başçısının müvafiq göstərişləri ilə şəhid ailələrinin və qazilərin maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün Qarabağın azad olunması uğrunda döyüşlərdə şəhid olanların ailə üzvlərinin və qazilərin bank hesabına büdcədənkənar 85 min manat vəsait köçürülüb.

Tədbirdə çıxış edən şəhid valideynləri, döğmaları və qazilər onlara göstərilən davamlı diqqətə, eləcə də şəhidlərin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mərasim C.Cabbarlı adına Lənkəran 1 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında vətənpərvərlik mövzusunda mahnıların səsləndirilməsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi