Lavrov: "Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb"

Lavrov: "Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" “Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb".
Qarabağ
1227
18 Yanvar , 2021 14:02
Lavrov: Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb

“Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən söyləyib.

“Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. Ona görə də Yerevan və Bakının mövqeləri nəzərə alınaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi