Bakı. 26 fevral. REPORT.AZ/ Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilib.
"Report"un məlumatına görə, bəyanat Latviya Seyminin 53 deputatı tərəfindən imzalanıb.
Bəyanatda Xocalı faciəsinin ildönümünü qeyd edən Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir.
Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır.

