Xocavənddə ermənilərin atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlanıb İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir
Qarabağ
25 Mart , 2021 11:24
Xocavənddə ermənilərin atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlanıb

İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd “İqla" zenit-raket kompleksi, 1 ədəd “Muxa” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib. Silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi