Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub Kürdəmirdə şəhid əsgər Ziya Zabil oğlu Nurməmmədov adına tikilmiş bulağın açılışı olub.
Qarabağ
29 Avqust , 2021 14:32
Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub

Kürdəmirdə şəhid əsgər Ziya Zabil oğlu Nurməmmədov adına tikilmiş bulağın açılışı olub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına Bakı-Qazax yolunun kənarında rayonun Sığırlı kəndində inşa olunub. Açılış mərasimində əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin təhsil aldığı məktəbin kollektivi, şəhidin döyüş yoldaşları, Kürdəmir RİH-nin nümayəndələri və şəhidin ailə üzvləri eləcədə kənd camaatı iştirak ediblər. Çıxış edənlər Şəhid əsgər Ziya Nurməmmədovun vətənpərvər və el-obaya bağlı insan olduğunu söyləyiblər.

Şəhidin atası Zabil Nurməmmədov dövlətin onun oğlu üçün göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına öz minnətdarlığını bildirib. Qeyd olundu ki, bu cür tədbirlərin keçirilməsi şəhidlərimizin yad edilməsi gənc nəsildə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.

Qeyd edək ki, şəhid Ziya Nurməmmədov 2001-cü ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Ziya orta məktəbi bitirdukdən sonra həqiqi hərbi xidmətə yollanıb. Ailənin tək oğul övladı olan Ziya kəndin ən gənc şəhididir. Vətən müharibəsi başlayanda o, 3 ay idi ki, müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Ziya Nurməmmədov cəbhənin Füzuli istiqamətindən döyüşə başlayıb, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Oktyabr ayının 13-də elə orada da qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Bu gün Ziyanın doğum günüdür. Yaşasaydı onun 20 yaşı tamam olacaqdı. Daha sonra Sığırlı kəndində şəhidin adını daşıyan bulaq istifadəyə verilib. Ailəsi, yaxınları, rayon ictimaiyyəti bir araya gələrək şəhidin doğum gününü qeyd edib, ruhuna dualar oxuyub.

Şəhid Ziya Zabil oğlu Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi