​KTMT-nin baş katibi: "Qarabağda vəziyyətin kəskinləşməsi Qafqazda partlayış yaradar"

​KTMT-nin baş katibi: "Qarabağda vəziyyətin kəskinləşməsi Qafqazda partlayış yaradar" "Bu münaqişəyə Ermənistana qarşı təcavüz kimi baxıla bilməz"
Qarabağ
26 Aprel , 2016 16:05
​KTMT-nin baş katibi: Qarabağda vəziyyətin kəskinləşməsi Qafqazda partlayış yaradar

Bakı. 26 aprel. REPORT.AZ/ "Əgər Dağlıq Qarabağda vəziyyət kəsinləşərsə, onda biz aktiv və birbaşa silahlı qarşıdurma müşahidə edəcəyik. Bu isə bütünlükdə Qafqazda partlayış yaradacaq".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja xarici jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə Azərbaycanın ermənilərin işğalı altında olan torpaqlarında vəziyyətin kəskinləşməsi "Qafqazda çox böyük müharibəyə səbəb ola bilər".

O, KTMT-nin münaqişəyə müdaxiləsi ilə bağlı sualdan isə yayınıb: "Biz, Ermənistanın qonşuları və təşkilatın üzvləri olaraq siyasi dəstək verməliyik. Gərginliyin artmasına yol verməməliyik".

Baş katib qeyd edib ki, qurumun nizamnaməsinə əsasən, KTMT-yə üzv dövlətlərə təcavüz təşkilata daxil olan bütün dövlətlərə qarşı təcavüz sayılır: "Ancaq Dağlıq Qarabağdakı münaqişəyə Ermənistana qarşı təcavüz kimi baxıla bilməz".

Son xəbərlər

Orphus sistemi