Kosta-Rika XİN başçısı: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq"

Kosta-Rika XİN başçısı: "Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq" Manuel Qonzalez Sanz: "Problemlər danışıqlar yolu ilə həll edilməlidir"
Qarabağ
29 Noyabr , 2017 16:59
Kosta-Rika XİN başçısı: Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq
Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ "Kosta-Rika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz deyib.

"Kosta-Rika dinc ölkədir və Dağlıq Qarabağ məsələsi həssasdır. Bizim silahlı qüvvələrimiz yoxdur, biz beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət edilməsinə inanırıq. Buna görə dünyadakı bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. Bütün dünyada sülh olmasını istəyirik, problemlər danışıqlar yolu ilə həll olunmalıdır", - Sanz bildirib.

Son xəbərlər

Orphus sistemi