Komitə sədrinin müavini: “Azərbaycan Qarabağ müharibəsinin başa çatması ilə yeni dövrə qədəm qoyub”

Komitə sədrinin müavini: “Azərbaycan Qarabağ müharibəsinin başa çatması ilə yeni dövrə qədəm qoyub” “İkinci Qarabağ müharibəsinin başa çatması ilə Azərbaycan yeni dövrə qədəm qoyub”.
Qarabağ
22 Noyabr , 2022 16:23
Komitə sədrinin müavini: “Azərbaycan Qarabağ müharibəsinin başa çatması ilə yeni dövrə qədəm qoyub”

“İkinci Qarabağ müharibəsinin başa çatması ilə Azərbaycan yeni dövrə qədəm qoyub”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda deyib.

Onun sözlərinə görə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı 12 uşaq və 23 qadın həyatını itirib, 101 qadın yaralanıb: “Müharibə nəticəsində zərər çəkənlərə dəstək olmağa çalışır, onların psixoloji vəziyyətini öyrənir və hər cür kömək göstəririk. Oxşar işlər artıq ölkənin 3 rayonunda həyata keçirilib, burada müxtəlif növ dəstəyin təmin edilməsi üçün resurs mərkəzləri yaradılıb”.

S.Qəhrəmanova vurğulayıb ki, müharibə başa çatdıqdan sonra Azərbaycan yeni dövrə - bərpa dönəminə qədəm qoyub: “Mina problemi də aktual olaraq qalır və indiyədək 38 qadın minaların qurbanı olub”.

Son xəbərlər

Orphus sistemi