Komitə sədri: "Azərbaycan dağılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib"

Komitə sədri: "Azərbaycan dağılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib" “Azərbaycan işğal zamanı dağıdılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib”.
Qarabağ
28 İyun , 2022 21:02
Komitə sədri: Azərbaycan dağılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib

“Azərbaycan işğal zamanı dağıdılmış şəhərlərin bərpasında nəzərəçarpacaq nəticələr əldə edib”.

"Report"un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri xatırladıb ki, bu il Azərbaycan Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edir.

“Bu əlamətdar hadisə BMT-dəki tərəfdaşlarımızla birgə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən tədbirlə qeyd olundu, əsas mövzular Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və böhrandan sonrakı bərpa idi”, - A.Quliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan 2021-ci il dayanıqlı imkişaf hesabatında regionda ən yaxşı nəticə ilə 50-ci yerdədir.

"Bu gün Azərbaycan əhalisinin yarıdan çoxunu şəhər əhalisi təşkil edir. Son illər biz şəhər idarəetməsinin gücləndirilməsinə, yoxsulluğun aradan qaldırılmasına, sosial müdafiənin gücləndirilməsinə, nəqliyyatın, ətraf mühit və su idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, aztəminatlı ailələr və digər həssas sosial qruplara dəstəklə bağlı müvafiq qanunvericilik aktlarını qəbul etmişik”, - A.Quliyev əlavə edib.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, dayanıqlı şəhərsalma mövzusu 2020-ci il Vətən Müharibəsindən sonra daha da aktuallaşıb.

Son xəbərlər

Orphus sistemi