KİV: Ermənistan tərəfi çoxlu itki verir

KİV: Ermənistan tərəfi çoxlu itki verir Azərbaycan ordusu Dağlıq Qarabağda Ermənistan mövqelərinə davamlı zərbələr vurur
Qarabağ
2 Aprel , 2016 14:33
KİV: Ermənistan tərəfi çoxlu itki verir

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan ordusu Dağlıq Qarabağda Ermənistan mövqelərinə davamlı zərbələr vurur. "Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

KİV-in məlumatına görə, Azərbaycan tərəfi Seysulan və Talış yaşayış məntəqələrini, eləcə də Talış kəndi ətrafındakı yüksəkliklərdə nəzarəti ələ keçirib.

Eyni zamanda, Ermənistan tərəfi çoxlu itki verir. Mənbələrin məlumatına görə, ermənilərin 6 tankı və təxminən 12-15 artilleriya sistemi məhv edilib, 100-dən çox adam öldürülüb.

Son xəbərlər

Orphus sistemi