Kərəm Karabulut: "Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir"

Kərəm Karabulut: "Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir" “Ermənistan Azərbaycana 1 trilyon ABŞ dollar məbləğində təzminat ödəməlidir”.
Qarabağ
8 Dekabr , 2022 14:12
Kərəm Karabulut: Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir

“Ermənistan Azərbaycana 1 trilyon ABŞ dollar məbləğində təzminat ödəməlidir”.

“Report” xəbər verir ki, bunu Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

"Azərbaycan Qafqazda mədəniyyətin beşiyidir. Şuşa Türk mədəniyyətinin mərkəzidir, Türk dünyası üçün çox önəmli şəhərdir. Şuşadakı və ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıların iqtisadi aspektini də unutmaq olmaz: "Ermənistan bu ərazilərdə yerləşən infrastruktur obyektlərinə, mədəni abidələrə vurduğu zərərə görə cavab verməlidir”, - o bildirib.

K.Karabulutun hesablamalarına görə, Ermənistan Azərbaycana 1 trilyon dollar məbləğində təzminat ödəməlidir.

Atatürk Universitetinin müəllimi Ağdamda gördüyü dağıntılardan sonra hətta bu məbləğin yetərli olmadığını söyləyib.

Son xəbərlər

Orphus sistemi