Kəlbəcərdən gətirdiyi avtomobili 27 ildir qoruyub saxlayır

Kəlbəcərdən gətirdiyi avtomobili 27 ildir qoruyub saxlayır Hazırda Vətən müharibəsində düşmən üzərində qələbə qazanılması və işğal altında olan torpaqlarımızın azad olunması hər bir azərbaycanlı böyük coşqu ilə qarşılayır.
Qarabağ
26 Noyabr , 2020 20:23
Kəlbəcərdən gətirdiyi avtomobili 27 ildir qoruyub saxlayır
Məhərrəm Rzayev

Hazırda Vətən müharibəsində düşmən üzərində qələbə qazanılmasını və işğal altında olan torpaqlarımızın azad olunmasını hər bir azərbaycanlı böyük coşqu ilə qarşılayır. Ancaq illərdir məcburi köçkün həyatı yaşayan sakinlər öz doğma yurd -yuvalarına qayıtmağın həyəcanı içərisindədir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hazırda Şəki şəhərində məskunlaşmış Məhərrəm Rzayev də 1993-cü ildə öz yurd-yuvasından məcburi köçkün düşüb.

1957-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açan soydaşımız Kəlbəcərdən çıxarkən onları və ailəsinin həyatını xilas edən, yaşı özündən də böyük olan avtomobilini bu günədək göz-bəbəyi kimi qoruyub saxlayıb. 1953-cü il istehsalı olan avtomobil sanki bu gün alınmış kimi görünür. M.Rzayev illərdir bu maşına sanki ailə üzvü kimi yanaşıb və diqqət göstərib. Onun yalnız bir hədəfi var: həmin maşınla Kəlbəcər yollarını yenidən qət etmək.

Kəlbəcər sakini nəvələrinin də vətənpərvər ruhda böyütdüyünü və onlara Kəlbəcəri tezliklə tanıtmaq istədiyini bildirib. Hətta Vətən uğrunda şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun adını nəvəsinə qoyub.

Qeyd edək ki, Məhərrəm Rzayev Kəlbəcərdən məcburi köçkün düşərkən avtomobili ilə yanaşı, balaca xalça və evinin açarını da gətirə bilib.

Son xəbərlər

Orphus sistemi