AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.
Qarabağ
1474
22 Dekabr , 2020 15:06
AMEA: Ermənilər Kəlbəcərdə mineral su bulaqlarını istismar edib

"Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar".

"Report" xəbər verir ki, bunu AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Şöbə müdiri işğal dövründə təkcə Kəlbəcərdəki mineral su bulaqları istismarının ölkəyə 7,5 milyard həcmində ziyan vurduğunu nəzərə çatdırıb.

O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər: "Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabınadır".

Son xəbərlər

Orphus sistemi