Hikmət Hacıyev: "Kəlbəcərdəki mülki obyektlər ermənilər tərəfindən yandırılır"

Hikmət Hacıyev: "Kəlbəcərdəki mülki obyektlər ermənilər tərəfindən yandırılır" “Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır”.
Qarabağ
3222
15 Noyabr , 2020 14:52
Hikmət Hacıyev: Kəlbəcərdəki mülki obyektlər ermənilər tərəfindən yandırılır
Hikmət Hacıyev

“Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, mülki obyektlər ərazini tərk edən ermənilər tərəfindən yandırılır: “Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi-mədəniyyət abidələrinə də zərər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır”.

Son xəbərlər

Orphus sistemi