​Kanada turizm şirkətinin Qarabağa qanunsuz turist səfərlərinin təşkili dayandırılıb

​Kanada turizm şirkətinin Qarabağa qanunsuz turist səfərlərinin təşkili dayandırılıb Şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb
Qarabağ
15 Dekabr , 2014 15:42
​Kanada turizm şirkətinin Qarabağa qanunsuz turist səfərlərinin təşkili dayandırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Baş ofisi Kanadanın Vankuver şəhərində yerləşən “ToursbyLocals” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil etməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən zəruri etiraz tədbirləri görülüb.

Bu barədə “Report”a XİN mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

Görülmüş tədbirlər nəticəsində “ToursbyLocals” şirkəti tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz turist səfərlərinin təşkili dayandırılıb və şirkətin internet resurslarından bu qanunsuz səfərlərlə bağlı bütün məlumatlar çıxarılıb.

“Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin daim diqqət mərkəzindədir və bu kimi qanunsuz əməllərin qarşısının alınması istiqamətində davamlı iş aparılır”, - H.Hacyev bildirib.

Son xəbərlər

Orphus sistemi