Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb

Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb
Qarabağ
295
13 Aprel , 2021 09:29
Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədi ilə ağacəkmə aksiyası baş tutacaq: "Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".

İ.İbrahimova deyib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının qovuşduğu ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq: "Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olmaqdır".

Son xəbərlər

Orphus sistemi