Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub

Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.
Qarabağ
4 İyun , 2021 13:31
Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un əməkdaşının xəbərinə görə, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfərdə iştirak edir.

Nümayəndə heyəti Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

KİV nümayəndələrinə erməni vandaliziminə məruz qalan tarixi abidə ilə bağlı məlumat verilib.

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Son xəbərlər

Orphus sistemi