Jurnalistlər Cəbrayıl rayonundadır

Jurnalistlər Cəbrayıl rayonundadır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub
Qarabağ
360
13 Aprel , 2021 13:27
Jurnalistlər Cəbrayıl rayonundadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub.

“Report”un Cəbrayıla ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər zamanı jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinanarı haqqında danışıb.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb:

"İşğal zaman zaman ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib".

Son xəbərlər

Orphus sistemi