Jurnalistlər Ağdam Cümə məscidində olub

Jurnalistlər Ağdam Cümə məscidində olub Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.
Qarabağ
4 İyun , 2021 14:34
Jurnalistlər Ağdam Cümə məscidində olub

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.

“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, media təmsilçiləri Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

KİV nümayəndələrinə erməni vandaliziminə məruz qalan tarixi-dini abidə ilə bağlı məlumat verilib.

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfərdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi