Jozep Borrel: "Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək"

Jozep Borrel: "Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək" “Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq".
Qarabağ
3 Dekabr , 2020 14:59
Jozep Borrel: Aİ Qarabağ razılaşmasının icrasını dəstəkləyəcək
Jozep Borrel

“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq. Noyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasının əhatəli sülh sazişi istiqamətində ilk addım olacağına çox ümidvarıq”.

“Report” xəbər verir ki, bunu ATƏT-ın Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən 27-ci iclasında Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti yüksək nümayəndəsi Jozep Borrel bildirib.

“Aİ bu münaqişənin həlli üçün artıq yaradılmış ATƏT-in Minsk qrupu formatına dəstəyini bildirir. Biz Aİ olaraq bütün Cənubi Qafqazı sabitliyi, rifahı naminə bu səylərə, razılaşma müddəalarının yerinə yetirilməsinə dəstək verməyə hazırıq”, – Aİ rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi