“Beynəlxalq ictimaiyyət Ermənistanın qanunsuz köçürmə siyasətinə göz yummamalıdır“.
Bunu “Report”un yerli bürosuna Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən bildirib.
O, Ermənistanın təcavüzkarlıq siyasətini pisləyib: “Bu gün Suriyada, Livanda yaşayan ermənilər qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülür. Bu, Ermənistanın tarixdəki ilk işğalçılıq siyasəti deyil. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər mənşə etibarilə bu regiondan deyillər. Belə ki, 1928-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra İranda yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsi baş verib. Onlar bu gün Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin əcdadlarıdırlar. Dağlıq Qarabağ əhalisi hər zaman azərbaycanlılardan ibarət olub və Qarabağ xanlığı mövcud olub".
J.Perən Ermənistanın qanunsuz köçürmə siyasətinə son qoymaq üçün müvafiq tədbirlər görülməsinin vaxtının yetişdiyini vurğulayıb: “Bu gün Ermənistanın qanunsuz köçürmə siyasəti yolverilməzdir. Təəssüflər olsun ki, digər məsələlərə müdaxilə edən beynəlxalq ictimaiyyət bu məsələdə hələ ki susur“.