Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel sentyabrın 20-də Fransanın İzer departamenti ilə Azərbaycanın işğal altındakı Xocavənd (Hadrut) rayonu arasında "Dostluq Xartiyası"nın imzalanmasını pisləyib.
O, "Report"un Fransa bürosuna açıqlamasında bildirib ki, bu sənəd də əvvəlkilər kimi ləğv olunacaq: "Bu addım beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Belə xartiyaların imzalanması qeyri-qanuni və beynəlxalq hüquqa tamamilə ziddir".
Jan-Fransua Mansel deyib ki, Fransanın bu cür məsələlər bağlı mövqeyi dəyişməz olaraq qalır: "Fransa
Xatırladaq ki, Fransa məhkəmələri indiyədək bəzi departamentlər, həmçinin Arnuvil, Bur le Valans, Valans, Burq dö Peaj, Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçılar arasında imzalanmış "sazişləri" ləğv edib.