İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik

İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik İtaliya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişaf etməsindən məmnundur.
Qarabağ
14 İyun , 2021 11:41
İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik

İtaliya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişaf etməsindən məmnundur.

“Report” xəbər verir ki, bu barədə həmin ölkənin Xarici İşlr Nazirliyinin açıqlamasında bildirilir:

“Ermənistan ilə Azərbaycan arasında daha əvvəl əldə edilmiş razılaşmaları alqışlayır, İtaliya və Avropa İttifaqının mənafeyi üçün strateji region olan Cənubi Qafqazda qarşılıqlı etimad mühitinin daha da artacağına ümid edirik. İtaliya Aİ və ATƏT-in dəstəyilə Bakı ilə Yerevan arasında sabitləşməyə və regional inkişafa yönələn dialoqun gücləndirilməsini dəstəkləyir”.

İtaliyanın bundan sonra da Azərbayca – Ermənistan münasibətlərinin inkişaf etdirilməsini izləyəcəyi, regionun rifahı naminə iki ölkə arasındakı qarşılıqlı etimadın gücləndirilməsini dəstəkləyəcəyi də qeyd olunur.

Son xəbərlər

Orphus sistemi