İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir

İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan!”, “Səninləyik Qarabağ!” adı ilə Azərbaycana dəstək aksiyası keçirilir.
Qarabağ
28 Sentyabr , 2020 16:19
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir

Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan!”, “Səninləyik Qarabağ!” adı ilə Azərbaycana dəstək aksiyası keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Aksiyada Türkiyənin müxtəlif şəhərlərindən gələn diaspor təmsilçiləri, İstanbul İğdırlılar Dərnəyinin üzvləri, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak edirlər.

İştirakçılar əllərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin “Səninləyik Azərbaycan!”, “Qarabağa azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” və s. şüarların yer aldığı plakatlarla İstanbulun Etilər səmtində yerləşən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısına doğru hərəkət ediblər.

Diplomatik korpusun qarşısında toplaşan həmvətənlərimiz müxtəlif şüarlar səsləndiriblər.

Dərnəyin rəhbəri Səfər Karakoyunlu dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizi və türk qardaşlarımızı həmrəyliyə səsləyib. O, Ermənistanın hüquq müstəvisi qarşısında hesabat verməyə çağırıb. S.Karakoyunlu həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağı və bu həssas günlərdə səbrli olmağa səsləyib.

Aksiya davam edir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi