İsrailli ekspert ATƏT XİNŞ iclası barədə: “Bu, Azərbaycanın qələbəsidir”

İsrailli ekspert ATƏT XİNŞ iclası barədə: “Bu, Azərbaycanın qələbəsidir” "Bu, Azərbaycanın o cümlədən də diplomatik sahədə birmənalı qələbəsidir”
Qarabağ
1203
7 Dekabr , 2020 18:09
İsrailli ekspert ATƏT XİNŞ iclası barədə: “Bu, Azərbaycanın qələbəsidir”
Mixail Finkel

“Xarici işlər nazirlərinin əksəriyyətinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı açıqlamaları göstərir ki, onların hamısı bu nəticələri və Qarabağın gələcəyi ilə bağlı şahidi olduğumuz fundamental dəyişiklikləri tanıyır”.

Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 27-ci iclasının nəticələrini və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin görüş çərçivəsində yaydığı bəyanatı şərh edərkən deyib.

“Bu, o deməkdir ki, heç kim artıq formalaşmış reallıqlara qarşı olmayacaq. Hamı bunu qəbul edib”, - o bildirib.

Hüquqşünasın sözlərinə görə, bütün bu faktlar Azərbaycan üçün çox faydalıdır: “Bu, onu göstərir ki, Ermənistandan başqa, hamı mövcud reallığın tərəfdarıdır. Bu, Azərbaycanın, o cümlədən də diplomatik sahədə birmənalı qələbəsidir”.

Son xəbərlər

Orphus sistemi