İsmayıllıda ermənilərin Gəncədə törətdikləri terrora aid guşə hazırlanıb

İsmayıllıda ermənilərin Gəncədə törətdikləri terrora aid guşə hazırlanıb Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı rayon nümayəndəliyinin gənc könüllüləri Azərbaycanın ikinci böyük şəhərində törədilən ermənilər tərəfindən terror hadisələrindən bəhs edən guşə hazırlayıblar.
Qarabağ
14 Oktyabr , 2020 03:03
İsmayıllıda ermənilərin Gəncədə törətdikləri terrora aid guşə hazırlanıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı rayon nümayəndəliyinin gənc könüllüləri Azərbaycanın ikinci böyük şəhərində törədilən ermənilər tərəfindən terror hadisələrindən bəhs edən guşə hazırlayıblar.

“Report”un Aran bürosu xəbər verir ki, onlar Gəncədə baş vermiş terror hadisələri və terror qurbanlarının fotolarını çap edərək guşəyə yapışdırıblar.

Guşədə #StopArmenianAggression, #StopArmenianOccupation, #PrayforGanja, #KarabakhisAzerbaijan həştəqləri də qeyd edilib. Məqsəd Gəncə hadisələrini rayon sakinlərinin diqqətinə çatdırmaqdır.

Gənc könüllülər mülki əhaliyə qarşı törədilən terror hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 4 - Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi