İsmayıl Axundov: "Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var"

İsmayıl Axundov: "Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var" “Birinci Qarabağ müharibəsinə aid Bakı və digər şəhər, o cümlədən rayonlarda 197 naməlum məzar var".
Qarabağ
158
30 Avqust , 2021 12:02
İsmayıl Axundov: Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var
İsmayıl Axundov

“Birinci Qarabağ müharibəsinə aid Bakı və digər şəhər, o cümlədən rayonlarda 197 naməlum məzar var. Onların vaxtilə GPS koordinatları çıxarılıb ki, yerləri yox olmasın və üzərlərində başqa qəbir, hər hansı bir inşaat işləri aparılmasın”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda Hərbi Prokurorluq tərəfindən intensiv şəkildə işlər aparılır: "İşlərin nəticəsi barədə isə ictimaiyyətə əlavə məlumatlar veriləcək".

Son xəbərlər

Orphus sistemi