İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb Azərbaycan ərazisində aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində hərbçilərimiz tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha iki hərbçisinin meyitinin qalıqları aşkarlanıb.
Qarabağ
28 Noyabr , 2021 04:16
İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

Azərbaycan ərazisində aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində hərbçilərimiz tərəfindən məhv edilmiş və bu günə kimi itkin düşmüş sayılan daha iki hərbçisinin meyitinin qalıqları aşkarlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onlardan biri Berd rayonunun sakini Ruben Poqosyan, digəri Vaqe Papyandır.

Bununla da Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində meyitinin qalıqları tapılmış, itkin düşmüş sayılan hərbçilərinin sayı 1 703 nəfərə çatıb.

Qeyd edək ki, bu rəqəm yalnız itkin düşmüş sayılan, lakin dünənə qədər qalıqları tapılan erməni hərbçilərin sayıdır. Ermənistan ordusunun müharibə itkilərinin ümumi sayı reallıqda bundan bir neçə dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi