İraqın dini liderlərindən biri cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

İraqın dini liderlərindən biri cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb İraq Respublikasının dini liderlərindən biri olan Ayətullah Uzma Seyid Məhəmməd Səid əl-Təbatəbai əl-Həkimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
Qarabağ
6032
5 Oktyabr , 2020 12:40
İraqın dini liderlərindən biri cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb

İraqın dini liderlərindən biri olan Ayətullah Uzma Seyid Məhəmməd Səid əl-Təbatəbai əl-Həkimi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Hazırda Azərbaycan Respublikasının cənub-qərb hissəsində baş verən xoşagəlməz vəziyyəti böyük narahatlıqla izləyirik və xüsusilə də mülki vətəndaşlar arasında yaranan itkilər və qurbanlara görə dərin kədərimizi ifadə edirik. Baş verənlər böhranın həll olunmasının vacibliyini təsdiq edir.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsinə, ərazilərin zorla işğalına son qoyulmasına və bütün məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına şərait yaradılmasına çağırırıq. Dünyada və regionda sülhün, əmin-amanlığın və ədalətin bərqərar olunmasını Uca Allahdan diləyirik”.

Son xəbərlər

Orphus sistemi