İlqar Vəlizadə: "Ermənistanlı qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdır"

İlqar Vəlizadə: "Ermənistanlı qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdır" Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə davam edir. Odur ki, Azərbaycan da öz ərazi bütövlüyünü, 10 noyabr üçtərəfli razılaşmasının bütün müddəalarının yerinə yetirilməsini təmin etmək üçün birtərəfli addımlar atmaq haqqına sahib olduğu qəna
Qarabağ
15 İyul , 2021 18:30
İlqar Vəlizadə: Ermənistanlı qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdır
İlqar Vəlizadə

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə davam edir. Odur ki, Azərbaycan da öz ərazi bütövlüyünü, 10 noyabr üçtərəfli razılaşmasının bütün müddəalarının yerinə yetirilməsini təmin etmək üçün birtərəfli addımlar atmaq haqqına sahib olduğu qənaətindədir".

Bu fikirləri “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

O, qonşu ölkənin suveren hüquqlarını tanımayan Ermənistanın öz sərhədlərinin toxunulmazlığına hörmət ummasını məntiqsizlik kimi dəyərləndirib: “Təəssüf ki, bunlar regiondakı vəziyyəti yoluna qoymaq üçün əngəl yaradır. Qazax rayonundakı 7 kəndi, Naxçıvandakı Kərki kəndini işğal altında saxlayan, Azərbaycanla sülh sazişi imzalamağa meyilli görünməyən Ermənistanın hələ də beynəlxalq hüququn təməl prinsiplərini qulaqardına vurduğu göz qabağındadır”.

Ekspertin qənaətincə, Azərbaycanın təklif etdiyi sülh sazişi yeganə düzgün və mümkün variantdır: “Əlbəttə, burada humanitar məsələlərin həlli, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin qaytarılması məsələsi qarşıya çıxır. Belə ki, bu münaqişənin lap əvvəlində hazırkı Ermənistan Respublikasının Zəngəzur, İrəvan, Göyçə, Vedibasar və s. bölgələrində yüzillər boyu yaşamış azərbaycanlı əhali birtərəfli qaydada öz doğma yurd-yuvalarından çıxarılmışdı. Prezident İlham Əliyev də münaqişədən bütün zərərçəkənlərin hüquqlarını bərpa etmək barədə danışarkən Ermənistan qaçqınları məsələsinə də diqqət yönəldib. Təbi ki, həmin ailələr də öz doğma yerlərinə qaytarılmalıdır və Azərbaycan bunun üçün əlindən gələni edəcək”.

Politoloq bunun üçün məlum üçtərəfli bəyanatda da ipucları olduğunu diqqətə çatdırıb: “Ümidvarıq ki, yaxın gələcəkdə tarixi ədalət bərpa olunacaq, soydaşlarımız tarixi torpaqlarında, o cümlədən hazırkı Ermənistan ərazisində yaşayacaqlar”.

Son xəbərlər

Orphus sistemi