İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşüb

İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşüb Azərbaycan paraolimpiya cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb
Qarabağ
5 Dekabr , 2020 17:40
İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşüb

Azərbaycan paralimpiya cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb.

"Report"un Muğan bürosunun məlumatına görə, görüş qazinin Cəlilabad şəhərindəki evində baş tutub.

İ.Zəkiyev qazinin sağlamlığı ilə maraqlanıb və ona şəfalar arzulayıb.

Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanaraq hər iki gözünü itirib. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev də snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirib.

Son xəbərlər

Orphus sistemi