Prezident Zəngilan şəhərinin Baş planının hazırlanması ilə əlaqədar sərəncam imzalayıb

Prezident Zəngilan şəhərinin Baş planının hazırlanması ilə əlaqədar sərəncam imzalayıb Prezident İlham Əliyev oktyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Qarabağ
262
20 Oktyabr , 2021 17:51
Prezident Zəngilan şəhərinin Baş planının hazırlanması ilə əlaqədar sərəncam imzalayıb
İlham Əliyev
0 : 00
0 : 00

Prezident İlham Əliyev oktyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi