Azərbaycan Prezidenti: "Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik"

Azərbaycan Prezidenti: "Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik" “Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, Ermənistan tərəfindən fərqli olaraq, düşmənin imkanlarını ayıq başla qiymətləndirir və işğal edilmiş əraziləri öz istəyi ilə tərk etməsi üçün Ermənistan tərəfinə təsir vasitələrindən isti
Qarabağ
24 Sentyabr , 2021 10:31
Azərbaycan Prezidenti: Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik
İlham Əliyev

“Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik. Təbii ki, Ermənistan tərəfindən fərqli olaraq, düşmənin imkanlarını ayıq başla qiymətləndirir və işğal edilmiş əraziləri öz istəyi ilə tərk etməsi üçün Ermənistan tərəfinə təsir vasitələrindən istifadə etməyə çalışırdıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.

“Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı beynəlxalq strukturlara bütün çağırışlarımın məqsədi də məhz bu idi. Əgər bu olsaydı, Ermənistan işğal edilmiş əraziləri tərk etməyə məcbur olardı və müharibə də baş verməzdi. Lakin təəssüf ki, bu baş vermədi”, - dövlət başçısı deyib və vurğulayıb ki, son dövrlərdə Ermənistan, ümumiyyətlə, açıq təxribatlara keçmişdi.

Son xəbərlər

Orphus sistemi