İkinci Qarabağ müharibəsində fərqlənənlər üçün yeni orden və medallar təsis ediləcək

İkinci Qarabağ müharibəsində fərqlənənlər üçün yeni orden və medallar təsis ediləcək “Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək”
Qarabağ
11 Noyabr , 2020 16:40
İkinci Qarabağ müharibəsində fərqlənənlər üçün yeni orden və medallar təsis ediləcək

“Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

“Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi