İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Edvard Nalbandyan noyabrın 6-7də İsraildə səfərdə olub
Qarabağ
8 Noyabr , 2017 09:24
İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
İsrailin baş naziri Binyamin Netanyahu / AP Photo/ Ariel Schalit

Bakı. 8 noyabr. REPORT.AZ/ İsrailin Baş naziri Binyamin Netanyahu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin tənzimlənməsi istiqamətində səylərindən danışıb.

Qeyd edək ki, İsrailin baş naziri və xarici işlər naziri Binyamin Netanyahunun dəvəti ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan noyabrın 6-7-də İsrailə səfər edib. O, bu dövlətin müxtəlif səviyyəli rəsmiləri ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi